DİN vətəndaşlara xəbərdarlıq edib

Xəbərlər

22.12.2023 - 22:44

Nazirlik: "Yeni illə əlaqədar özəl endirim kimi saxta mesajlara inanmayın"

Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə AYNA-ya DİN-dən məlumat verilib.

Bildirilib ki, "Yeni ilə özəl endirimlər" kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz:

“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş