DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib

Xəbərlər

01.02.2024 - 14:09

“Karabin” və 2 ədəd güllə 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb

Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib.

Pentensiar Xidmətdən AYNA-ya verilən məlumata görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının DİN əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş