DİN nənə və nəvənin avtomobillə vurulması ilə bağlı məlumat yayıb

Hadisə

02.09.2020 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb

 

Daxili İşlər Nazirliyi (DİN) Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş