DİN-dən vətəndaşlara çağırış

Xəbərlər

13.12.2023 - 12:49

“Onlayn beh ödənişləri zamanı diqqətli olun!”

Daxili İşlər Nazirliyi (DİN) kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

DİN-dən AYNA-ya verilən məlumata görə, videoşarxda qeyd olunub ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

“Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir", DİN-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş