Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb
Daxili İşlər Nazirliyi (DİN) paytaxtın Nəsimi rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, noyabrın 23-də saat 11 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri İ.Rəsulovun idarə etdiyi “Hyundai” və S.Əliyevanın idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.
Sonradan idarəetməni itirmiş İ.Rəsulov yolun kənarında dayanmış Elmira Məmmədəliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.