Sürücü və sərnişinləri Tural Əsgərov və Şamo Əliyev hadisə yerində ölüblər
Daxili İşlər Nazirliyi (DİN) Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
AYNA-ya DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da saat 1 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Elxan Əhmədov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən H.Qurbanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə sürücü və sərnişinləri Tural Əsgərov və Şamo Əliyev hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.