DİM imtahanlarla bağlı ən çox verilən sualları cavablandırıb

Cəmiyyət

02.03.2020 - 19:55

Xanlar Xanlarzadə: “Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar”

 

Martın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 39966 nəfər şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahanların təşkil edilməsi üçün 87 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 3145 nəzarətçi müəllim, 268 buraxılışı təşkil edən əməkdaş, 87 bina nümayəndəsi ayrılıb.

 

Daha öncə məlumat verdiyimiz kimi, imtahana buraxılış vərəqələrində qeyd olunduğuna görə, şagirdlər səhər saat 9-dan gec olmayaraq imtahan keçirilən məkana gəlməli olublar. Halbuki, imtahan saat 11-də başlayıb. Məktəbin həyətinə toplaşan şagirdlər arasında sorğu keçiriləndə məlum oldu ki, hətta uzaqdan gələn şagirdlər 9-un yarısından obyektin həyətində idilər. Soyuq havada saatlarla gözləyən və içəri buraxılmayan uşaqların təqsiri nə idi?

 

AYNA-nın imtahan prosesi və qeyd olunan narazılıqlarla bağlı suallarına DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə cavab verib.

Raminə Eyvazqızı