DİM-dən imtahanla bağlı açıqlama: Komissiyaya 435 şagird müraciət edib

Xəbərlər

05.05.2020 - 15:10

cedabet Klinikalar SEO Xidməti

Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına dair qərarlar verilib

 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını yayıb.

 

DİM-dən AYNA-ya verilən xəbərə görə, imtahanda 40 minə yaxın şagird iştirak edib və onların ümumilikdə bir milyondan çox tapşırıq üzrə yazı işi olub. Hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) iki milyondan çox yoxlama işi həyata keçirilib.

 

Aprelin 15-də imtahanın nəticələri açıqlanıb və hər bir iştirakçının DİM-in saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına baxmaq imkanı olub. Bundan əlavə, imtahanda istifadə olunmuş sual kitabçaları və dinləmə mətnlərinin audiofaylları DİM-in internet saytında yerləşdirilib.

 

DİM təəssüflə bildirir ki, imtahan nəticələrinin elan olunmasından keçən 20 gün ərzində imtahanda iştirak etmiş 39 min 672 nəfərdən 21 min 82-i öz nəticələrinə, 8 min 484-ü isə cavab vərəqlərinə baxıb.

 

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərib və müraciətlər araşdırılıb. Komissiyaya ərizə qəbulu aprelin 20-22-də onlayn həyata keçirilib. Ümumilikdə 435 şagird 1800-ə yaxın tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib. Onlardan 72 şagirdin cəmi 95 tapşırıq üzrə qiymətində dəyişiklik edilib. Digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 72 şagirddən 30 şagirdin işində edilən düzəlişlər onların imtahan zamanı bir tapşırığın həllini başqa tapşırıq üçün ayrılmış sahəyə yazmaları səbəbindən baş verib.

 

Qeyd edək ki, xüsusi karantin rejiminə uyğun olaraq apellyasiya prosesi də onlayn təşkil edilib. Belə ki, elektron ərizələrində “Zoom” proqramı vasitəsilə izah almaq istəyən 166 şagirdlə videobağlantı yaradılıb və yazı işləri müzakirə edilib, 260-dan çox şagirdlə isə seçimlərinə uyğun olaraq telefon vasitəsilə müzakirə aparılıb. Müzakirəyə qoşulmayan şagirdlərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına dair qərarlar verilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş