Deputatlarımız Türkiyəyə gedirlər

Xəbərlər

14.02.2025 - 17:25

Həkimlər Klinikalar SEO Xidməti

Millət vəkilləri türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin iclasında iştirak edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, səfərin məqsədi türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etməkdir.

Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirə olunacaq.

Səfər dekabrın 20-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş