Deputatdan qazilərlə bağlı TƏKLİF

Xəbərlər

14.06.2024 - 13:24

Həkimlər Klinikalar SEO Xidməti

“Qazilərin problemlərin həll olunması üçün komitə yaradılsın!”

“Qazilərin intihar xəbərləri bizi narahat edir”. AYNA Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Tahir Kərimli bildirib.

Tahir Kərimli qeyd edib ki, bəzi qazilər özlərini yalnız hiss edir.

"Bir çox ölkələrdə qazilərlə bağlı qurumlar olur. Onların problemləri müzakirə olunur, həll edilir. Mən təklif edirəm ki, qazilərin problemlərin həll olunması üçün ən azı komitə yarada bilərik. Ora bəzi müəssiələrdən, sahibkarlardan pul köçülürlə bilər. Bundan əlavə, qazilərin problemlərinə qurumlardan dəstək olunmalıdır. Kişinin ayağı yoxdur, ona ikinci dərəcə əlillik verilmir. Bunları özümüzü göstərmək üçün demirik, qazilərin problemi həll olunmalıdır”, - deyə o bildirib.

Müəllif: Ayna.az