Deputatdan həmkarlarına etiraz: <font color=red> “Nə ilə, Alış?!” </font>

Cəmiyyət

28.12.2020 - 12:35

Aqil Abbas: “Təklif edirsiniz artırılsın, həmin vəsaitin mənbəyini də deyin”

 

“Burada deputat həmkarlarım gözəl təkliflər səsləndirirlər. Biri deyir filan yerə bu qədər pul ayrılsın, filan yerə 3 milyard artırılsın. Bizim Qarabağda bir söz var: deyirlər, nə ilə Alış?!”. AYNA xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

 

Millət vəkili qeyd edib ki, hökumətin üzərinə çox gedilməməlidir: “Dövlət büdcəsini hazırlayan mütəxəssislər ölkənin gəliri hesabına bu vəsaitləri bölüb, proqnozlaşdırıblar. Həmkarlarımdan xahiş edirəm, danışanda nəzərə alsınlar ki, hökumətin üzərinə çox gedirik. Təklif edirsiniz artırılsın, həmin vəsaitin mənbəyini də deyin. Bəlkə xaricdən borc alınsın?”.

 

“44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı kəndlərin birində idik. Həmin kənddə qaz yoxdur, orda sual edirdilər ki, bizim kəndə nə vaxt qaz çəkiləcək? Haqlı olaraq belə bir irad səsləndirildi ki, biz müharibə edib Qarabağı azad edək, ya qaz çəkək? Yəni, fikir səsləndirəndə bizim 44 günlük ağır müharibədən çıxdığımızı unutmayaq”, - deyə A.Abbas bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş