Qənirə Paşayeva: “İmkanı çatan insanları bu məsələdə dəstək olmağa çağırırıq”
Millət vəkili Qənirə Paşayeva və bir sıra dostları tərəfindən gələn həftə Tovuzda 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.
Bu barədə AYNA-ya deputat özü məlumat verib: “İmkanı çatan insanları bu məsələdə imkanları çox zəif olan ailələrə dəstək olmağa çağırırıq. Hər bir imkanı olan şəxs 5-10 belə materialları almağa çətinlik çəkən ailələrə dəstək olsa, heç bir şey itirməz. Amma insanlıq adına çox şey qazanar. Cənab Prezidentimizin də vurğuladığı kimi biz birlikdə güclüyük”.
Qeyd edək ki, Q.Paşayeva Tovuzdan Milli Məclisə deputat seçilib.