Deputat: “Koronavirus testlərinin qiyməti aşağı salınmalıdır”

Xəbərlər

22.12.2020 - 11:57

Əli Məsimli: “Bununla bağlı parlamentdə dinləmələr keçirilsə, daha yaxşı olar”

 

“Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən həkim deputatlar var. Cəmiyyətdə koronavirus xəstələrinə dərmanların bir xəstəyə yox, digərinə verilməsi, testlərin qiyməti və s. kimi məsələlərlə bağlı suallar var. Hesab edirəm ki, bununla bağlı parlamentdə dinləmələr keçirilsə, daha yaxşı olar”.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda koronavirus testlərinin qiyməti aşağı salınmalıdır.

 

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib: “Əgər bununla bağlı ehtiyac olsa, biz bu dinləməni keçirə bilərik”.

Müəllif: Ayna.az