Fəzail Ağamalı Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif edib
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı xüsusi iclasın çağırılmasını təklif edib. AYNA-nın xəbərinə görə, millət vəkili deyib ki, bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyi var.
Bu kimi məsələlər Milli Məclisin xüsusi iclasında müzakirə olunmalıdır. Məsələn, bu gün Fransa ağını çıxarır. Başqa dövlətlərdən də qərəzli münasibəti görürük. Bunlar müzakirə olunmalı, Milli Məclisin qətnaməsi qəbul edilməlidir”, - deputat vurğulayıb.