Dənizdə bir nəfər batıb

Hadisə

21.08.2022 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş