Netanyahu İsraildəki HƏMAS qüvvələrinin əksəriyyətinin məhv edildiyini açıqladı
İsrailin Baş naziri Benyamin Netanyahu İslamçı HƏMAS hərəkatına qarşı əməliyyatın birinci mərhələsinin başa çatdığını açıqlayıb.
AYNA xarici mediaya istinadən bildirir ki, Fələstin tərəfdən kütləvi raket atəşinə cavab olaraq keçirilən əməliyyat “Dəmir Qılınclar” adlandırılıb.
Netanyahunun sözlərinə görə, İsraildəki HƏMAS qüvvələrinin əksəriyyəti məhv edilib.
“Birinci mərhələ ərazimizə daxil olmuş düşmən qüvvələrinin böyük əksəriyyətinin məhv edilməsi ilə başa çatdı”, - deyə Netanyahu vurğulayıb.
Baş nazir vurğulayıb ki, əməliyyat qarşıya qoyulmuş məqsədlərə nail olunana qədər qeyd-şərtsiz və davamlı olaraq davam edəcək”.
Bundan əvvəl Netanyahu bildirib ki, İsrail təkcə hərbi əməliyyat keçirmir, həm də HƏMAS yaraqlıları ilə müharibə vəziyyətindədir.
Qəzza zolağında qapalı hərbi zona yaradılacaq
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında qapalı hərbi zona yaradacağını açıqlayıb. Bölgəyə girişin qadağan olduğunu vurğulanıb. İsrail ictimaiyyətinə ayıq-sayıq olmağa və əraziyə girməməyə çağırılıb.
Bundan əvvəl məlum olmuşdu ki, İsrail hakimiyyəti Qəzza zolağına elektrik enerjisinin verilməsini, həmçinin yanacaq və mal tədarükünü dayandırmaq qərarına gəlib.
Xüsusi təhlükəsizlik vəziyyəti zonasının bütün ölkəni əhatə etdiyi də bildirilib.