Dəm qazı daha 4 canımızı aldı

Hadisə

21.04.2025 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Tərtər rayonunda baş verib

Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. AYNA.AZ xəbər verir ki, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Bəyimvarov qəsəbəsində baş verib.

Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş