Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Xəbərlər

11.02.2025 - 19:26

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Bakının müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların ümumilikdə 38 min manatının və bir mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən S.Mahmudov da tutulub.

Araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş