Axtarışda olan üç nəfər saxlanılaraq istintaqa təhvil verilib
Azərbaycanda dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının dekabrın 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılaraq istintaqa təhvil verilib.