Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Xəbərlər

16.12.2020 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya verilən məlumata görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib.

 

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları dekabrın 9-da ödənilib.

 

Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş