Müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasına etiraz edilib
Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Quranın təhqir olunması ilə bağlı etiraz edilib.
AYNA bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, buna səbəb bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etməsidir.
Bundan əvvəl avqustun 18-də, 21-də və 22-də səfir Xarici İşlər Nazirliyinə çağırılıb.