Daha iki qazinin və şəhid atasının əməliyyat xərcləri ödənib

Xəbərlər

17.02.2021 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

“YAŞAT” Fondu ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir

 

“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

 

Fonddan AYNA-ya verilən məlumata görə, qazilərimiz Nazim Babayevin və Heydər Qurbanovun, şəhidimiz Ağaəli Yusifovun atası Vaqif Yusifovun, şəhidimiz Hacırza Rzayevin atası Fikrət Rzayevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün  yashat.gov.az portalı istifadədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş