Hazırda epidemiya 94 ölkədə qeydə alınıb
Koronavirus faktı aşkarlanan ölkələr sırasına daha iki ölkə əlavə olundu.
AYNA xarici mətbuata əsasən xəbər verir ki, Afrika ölkəsi Kamerunda və Vatikanda da ilk COVİD-19 virusu daşıyıcısı aşkarlanıb.
Həmçinin Niderlandda ilk koronavirusdan ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, koronavirus infeksiyası (COVID-19) ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb və hazırda epidemiya 94 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 242-ə çatıb. Onlardan 55 986 nəfəri sağalıb, 3 408 nəfəri isə ölüb.