Meyitin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq
İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisində iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, iki cəsəd tapılıb: “Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşdiriləcək”.
Xatırladaq ki, Qarabağda aparılan axtarış tədbirləri nəticəsində ümumilikdə 1700 cəsəd və qalıqları aşkarlanıb.