Daha bir vəkil koronavirusdan vəfat edib

Xəbərlər

27.12.2020 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Hidayət Məmmədov COVID-19 xəstəliyindən dünyasını dəyişib

 

Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib. AYNA “Report”a istinadən xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş