Daha bir ölkədə COVID-19 ilə bağlı bütün məhdudiyyətlər ləğv edilib

Dünya

17.06.2022 - 09:44

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə indiyədək 86,6 milyon insan COVID-19-a qarşı peyvənd alıb

Misir ölkəyə gələnlər üçün koronavirus infeksiyasının qarşısını almaq üçün bütün məhdudlaşdırıcı tədbirlərin ləğv edildiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, yeni qaydalar həm xaricdən gələn əcnəbilərə, həm də Misir vətəndaşlarına şamil ediləcək.

Ali Təhsil və Elmi Tədqiqatlar naziri Xalid Əbdül Qaffarın sözlərinə görə, Misirdə indiyədək 86,6 milyon insan koronavirusa qarşı ən azı bir doza peyvənd alıb, 4,5 milyon insan təkrar peyvənd olunub.

“Peyvəndləmə kampaniyasını başa çatdırmaq üçün hazırkı peyvənd ehtiyatları 57,5 milyon doza qiymətləndirilir”, - deyə o söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş