Daha bir jurnalist koronavirusa yoluxub

Xəbərlər

07.07.2020 - 17:16

cedabet dərman SEO Xidməti

Rəhman Məlikovun testinin nəticəsi pozitiv çıxıb

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub. AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.

 

O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı da koronavirusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş