Daha bir həkim koronavirusdan vəfat edib

Xəbərlər

03.07.2020 - 12:23

cedabet dərman SEO Xidməti

Faiq Ağayev ötən gecə müalicə aldığı Tədris Cərrahiyyə Klinikasında ölüb

 

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. AYNA bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

 

ATU-dan məlumatı oxu.az-a təsdiqləyiblər. Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu: “Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş