Hərbçinin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq
Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
AYNA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, meyit Cəbrayılda aşkar olunub.
Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1656-ya çatıb.