Almaniya millisi AVRO-2020 ilə vidalaşdı

İdman

29.06.2021 - 22:28

İngiltərə yığması Bundestimi 2-0 hesabı ilə məğlub edib

 

AVRO-2020-nin 1/8 final mərhələsi davam edir. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, mərhələnin son gününə Londonda start verilib.

 

İngiltərə yığması doğma “Uembli”də Almaniyanı qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşdə böyük britaniyalılar cüzi ərazi üstünlüyünə malik olub.

 

Qarşılaşmanın taleyi matçın sonlarında həll olunub. İlk qol 75-ci dəqiqədə vurulub. Rahim Sterlinqin qolu futbolun yaradıcılarını hesabda önə çıxarıb. Buraxılan qoldan sonra Bundestim məğlubiyyətdən qaçmağa çalışsa da, hesabda tarazlıq yarada bilməyib. Görüşün sonlarında Harri Keyn ikinci qolu vuraraq fərqi artırıb. Bu, İngiltərəni 1/4 finala daşıyıb. Almaniya isə AVRO-2020 ilə vidalaşıb.

 

Qeyd edək ki, İngiltərənin 1/4 finaldakı rəqibi bu gün keçiriləcək İsveç – Ukrayna matçında bəlli olacaq. Bu oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

AVRO-2020

 

1/8 final

 

29 iyun

 

20:00. İngiltərə - Almaniya - 2:0

 

Qollar: Rahim Sterlinq, 75, Harri Keyn, 86

 

Baş hakim: Danni Makkelie (Niderland)

 

London. “Uembli” stadionu

Müəllif: Ayna.az