Deputat ürək əməliyyatı keçirib
V çağırış Milli Məclisin deputatı Mahir Aslanov əməliyyat olunub.
AYNA xəbər verir ki, bu barədə Mahir Aslanovun köməkçisi Modern.az-a məlumat verib.
Deputatın köməkçi Mahir Aslanovun səhhətinin yaxşı olmadığını bildirib: “Mahir müəllim hazırda xəstədir. Ürəyinin iki damarı tutulduğuna görə əməliyyat keçirib. Ona görə hələ ki suallarınızı cavablandıra bilməyəcək”.
Qeyd edək ki, Mahir Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat seçilib.