Daha 486 nəfər karantin rejimini pozduğuna görə cərimələnib

Xəbərlər

05.05.2020 - 11:37

cedabet Klinikalar SEO Xidməti

Aprelin 1-dən bu günədək 47 min 963 hərəkət iştirakçısı məsuliyyətə cəlb olunub

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 4 may, saat 00:00-dan 5 may saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 486 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Bu barədə AYNA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Qeyd edilib ki, ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 min 963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş