Müraciətlər araşdırılması üçün DSK-lara göndərilib
Xəbər verdiyimiz kimi, hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir. İclasda 9 fevral növbədənkənar parlament seçkiləri ilə əlaqədar şikayətlərə baxılır.
MSK 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verib.
Qeyd edək ki, bundan öncə 42 saylı Sumqayıt ikinci seçki dairəsində səsvermənin nəticələri ilə bağlı şikayətə baxılıb. Nəticədə həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.