Daha 281 nəfər Gürcüstandan Azərbaycana təxliyyə edilir

Xəbərlər

04.09.2020 - 10:51

cedabet dərman SEO Xidməti

Onların 123-ü Azərbaycan vətəndaşıdır

 

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi başlanılıb. AYNA “Report”-a istinadən bildirir ki, təxliyyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır. 

 

Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.

 

Onların ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

 

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının ölkəyə təxliyəsi təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş