Daha 20 şagird koronavirusa yoluxub

Xəbərlər

09.10.2020 - 14:52

Son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi sayı 2 olub

 

Təhsil Nazirliyi (TN) son sutka ərzində ümumi təhsil müəssisələrində koronovirus (COVID-19) infeksiyasına yoluxmaya dair məlumat yayıb. TN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi sayı 2 olub.

 

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 20, işçi heyətinin sayı 6 nəfər təşkil edib.

Müəllif: Ayna.az