Daha 17 kənd və bir şəhər işğaldan azad edilib

Xəbərlər

26.10.2020 - 13:07

cedabet dərman SEO Xidməti

Prezident işğaldan azad edilən yaşayış məntəqələrinin adlarını açıqladı

 

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalayıb.

 

AYNA-nın xəbərinə görə, ölkə başçısı bildirib ki, Zəngilanın, Cəbrayılın və Qubadlının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad edilib.

 

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

 

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

 

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş