Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə verilib

Xəbərlər

17.02.2021 - 01:56

Birinci Qarabağ müharibəsi qurbanlarının qalıqlarının axtarışına başlanılıb

 

Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib. AYNA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.

 

Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

 

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş