COVID-19 xəstələri üçün Braziliya Prezidentindən dərman tövsiyəsi

Dünya

22.05.2020 - 15:02

cedabet Klinikalar SEO Xidməti

Braziliyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Avropada pandemiyanın təsirləri aradan qaldırıldığı bir vaxtda Latın Amerikası ölkələrində virus “çiçəkləmə” dövrünü yaşayır. Materikdə ən çox ölüm və yoluxma faktı isə Braziliyada qeydə alınıb. AYNA xarici mediya istinadən xəbər verir ki, ölkədə həyatını itirənlərin sayı  20 mindən çoxdur. Bu göstərici virusdan ölüm faktına görə, Braziliyanı dünyada altıncı sıraya yerləşdirib. 


Məlumata görə, ötən gün daha 1200 insan xəstəlikdən ölüb. Ümumi yoluxma faktı isə 294 152 nəfərdə müəyyən edilib.


Mütəxəssislər test azlığının olmasından şikayətlənir, hökumətin bu istiqamətdə işlər görməsini tələb edirlər. Çünki test azlığı xəstə sayını az göstərir, realda rəqəmlərin daha böyük olduğu deyilir. 


Braziliyanın Prezidenti Cair Bolsonaro dəfələrlə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı çağırışlar edib. Son çıxışında ölkə rəhbəri anti-malyariya dərmanı olan “Hydroxychloroquine”dan istifadəni genişləndirməyi tövsiyə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş