COVID-19 müalicə paketinin satışa çıxarılması ilə bağlı <font color=red> TƏBİB-dən AÇIQLAMA</font>

Cəmiyyət

19.12.2020 - 15:13

"Satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur"

 

Koronavirusa görə evdə müalicə alan vətəndaşlara Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən pulsuz verilməli olan müalicə paketlərinin satışa çıxarıldığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

AYNA xəbər verir ki, bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.

 

Məsələ ilə bağlı TƏBİB-dən "Report"a bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil: “TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.

Müəllif: Ayna.az