Azərbaycanda son sutkada 1 nəfər koronavirusa yoluxub, 6 nəfər sağalıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 831 945 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 648 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 15 nəfərdir.
Ölkədə son sutka ərzində 138, hazırkı dövrədək isə 7 643 678 test aparılıb.