Azərbaycan Ordusu daha 23 kəndimizi işğaldan azad edib

Aktual

09.11.2020 - 13:54

Füzulinin 6, Xocalının 4, Xocavəndin 5, Cəbrayılın 3, Qubadlının 3 və Zəngilanın 2 kəndi düşməndən təmizlənib

 

Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib. AYNA xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.

 

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə Prezident qeyd edib.

Müəllif: Ayna.az