Azərbaycanda son sutkada 351 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 351 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 90, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 936 461, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 399 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 074, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 129, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 869 nəfər təşkil edir.