Azərbaycanda son sutkada 1200-dən çox şəxs vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 206 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 862 892, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 374 403, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 443, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 365 601, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 259 445 nəfər təşkil edir.