Azərbaycanda bir gündə 72 minə yaxın şəxsə vaksin vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 732 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 392 409 təşkil edir.