Alimlər “ChAdOx1 nCoV-19” adlı peyvəndin insan bədənini tanıyacağını bildiriblər
İngiltərədə koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatına yerli həkimlər məlumat verib.
Həkimlər peyvənd sınaqlarına 80 faiz ümid etdiklərini və 6 aylıq sınaqlarda Oksford, Sauthempton, Bristol və Londondan 1102 könüllünün iştirak edəcəyini bildiriblər.
Daha geniş sınaqlarda isə 5 mindən çox könüllünün iştirak edəcəyi və onların 18-55 yaş arasında COVİD-19-a yoluxmayanlar olacağı vurğulanıb.
Alimlər “ChAdOx1 nCoV-19” adlı peyvəndin insan bədənini tanıyacağını və SARS-CoV-2 virusunun hüceyrələrə girməsinin qarşısını alacağını qeyd ediblər.