ÜST: “Tam müdafiə ilə bağlı zəmanət yoxdur”
Dünyada COVID-19 xəstəliyinə qarşı 141 peyvənd hazırlanır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib. Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı 141 peyvəndin hazırlanması üzərində işlər gedir.
“Peyvənd üçün aparıcı nümunələrin hazırlanmasına aylarla vaxt lazım gələcək. Əlbəttə, tam müdafiə ilə bağlı zəmanət yoxdur, amma biz hamımız ümid edirik ki, nəyəsə nail ola biləcəyik”, - deyə ÜST rəsmisi qeyd edib.