"Fond Hollivud miqyasında Rusiyanı gözdən salmağa yönəlmiş işlər görür"
Rusiya Baş Prokurorluğu Hollivud aktyoru Corc Kluni Fondunun Rusiya Federasiyasındakı fəaliyyətini arzuolunmaz hesab edib. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Nəzarət Agentliyindən qeyd olunub.
“ABŞ-ın “Clooney Foundation for Justice” qeyri-hökumət təşkilatının (Clooney Foundation for Justice) fəaliyyəti ölkəmizdə arzuolunmaz hesab edilib. QHT Nyu-Yorkda aktyor Corc Kluni və özünü beynəlxalq hüquq sahəsində hüquqşünas hesab edən həyat yoldaşı tərəfindən yaradılıb”, - Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, "Fond Hollivud miqyasında Rusiyanı gözdən salmağa yönəlmiş işlər görür".
“O, ölkəni tərk etmiş yalançı vətənpərvərləri, qadağan olunmuş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini fəal şəkildə dəstəkləyir. Humanitar ideyaların arxasında gizlənərək, Madison prospektindən olan “ədalət uğrunda döyüşçülər” Rusiyanın ali rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək və xarici agentlər və QHT-lər haqqında Rusiya qanunvericiliyinə mənfi psevdoekspert qiymətləndirmələrini açıq şəkildə yaymaq təşəbbüslərini irəli sürürlər”, vurğulanıb.