İran bazalara gedən 69 tunel girişindən 50-ni açmağı bacarıb
İran hərbi əməliyyat zamanı ABŞ zərbələri nəticəsində girişləri bağlanmış 18 böyük yeraltı raket anbarına girişi bərpa edib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN peyk görüntülərinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, İran bu bazalara gedən 69 tunel girişindən 50-ni açmağı bacarıb. Ekspertlər hesab edirlər ki, İran yeraltı arsenallardan sursatı tez bir zamanda çıxardıqdan sonra İsrailə və digər Yaxın Şərq ölkələrinə daha çox uzaqmənzilli raketlər ata bilər.
Ceyms Martin Araşdırmaları Mərkəzinin tədqiqatçısı Sem Leyr kanala bildirib ki, "əgər döyüşlər yenidən başlasa, istehsal dayandırılsa belə, İran raket buraxıcıları və heyətləri olduğu müddətcə raket buraxmağa davam edə biləcək". Onun fikrincə, "onların raket buraxıcılarını İranın mövcud ehtiyatlarından olan raketlərlə silahlandırmasına heç nə mane olmur".
Telekanalın qeyd edib ki, ekspertlər İranın yeraltı anbarlarda təxminən 1000 raket saxladığını güman edirlər.
Peyk görüntüləri göstərir ki, İran yeraltı bazalara girişi bərpa etmək üçün sadə avadanlıqlardan - buldozerlərdən və özüboşaldan yük maşınlarından istifadə edib. Giriş yolları da təmir edilib.
CNN-ə danışan ekspertlər görüntülərin İsrail-Amerika bombardman kampaniyasının hədlərini göstərdiyini və Tehranın raket imkanlarının tunel girişlərinə güclü və çox baha başa gələn zərbələrlə məhv edilə bilməyəcəyini qeyd ediblər.
Ekspertlərin fikrincə, İranın 20 ildən çox əvvəl tikintisinə başlanan yeraltı raket bazaları şəbəkəsi onun raketləri və buraxılış qurğuları üçün əhəmiyyətli dərəcədə qoruma təmin edir. Bəziləri yüzlərlə metr dərinlikdə qayaların altında basdırılmış obyektlərin dərinliyi Amerika və İsrailin bazalara hücum potensialını məhdudlaşdırır.
Pentaqonun sözçüsü Şon Parnell CNN-in araşdırması ilə bağlı sualları cavablandırmayıb və daha əvvəl verdiyi açıqlamada "ABŞ ordusu dünyanın ən güclü ordusudur və Prezidentin seçdiyi missiyaları istədiyi vaxt və harada istəsə yerinə yetirmək imkanlarına malikdir" ifadəsini təkrarlayıb.