2024-cü ildə Çinin əhalisi 1 milyard 408 milyon 280 min nəfər olub
Çin Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ildə Çinin əhalisi 1 milyard 408 milyon 280 min nəfər olub.
AYNA xarici mediaya istinadən bildirir ki, bu, 2023-cü illə müqayisədə 1,39 milyon azdır.
Statistika Bürosunun təqdim etdiyi məlumatlara Tayvan, Honq-Konq və Makao sakinlərinin, eləcə də ölkədə yaşayan əcnəbilərin sayı daxil deyil.