“Bu, “Vahid Çin” prinsipinin və üç birgə Çin-Amerika kommünikesinin kobud şəkildə pozulmasıdır”
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib ki, Birləşmiş Ştatlar Tayvana hərbi yardım və silah təchizatını davam etdirməklə onu addım-addım təhlükəli müharibə həddinə doğru itələyir.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, bu, “Vahid Çin” prinsipinin və üç birgə Çin-Amerika kommünikesinin kobud şəkildə pozulmasıdır.
"Bu, Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir. Həmçinin Tayvan boğazında sülh və sabitliyi pozur", - Vu Qian söyləyib.